Polis mülki geyimdə də karantin rejiminin pozucularına qarşı tədbir görə bilər? - RƏSMİ

İctimai nəqliyyat 21 Dekabr 2020 | 13:02
OXUNUB: 1457

Mülki geyimli polis əməkdaşlarının karantin rejim qaydaları ilə bağlı inzibati tənbeh tədbirləri görməsi ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılır. 

İddia edilir ki, mülki geyimli polis əməkdaşları onları saxlayıb, barələrində tədbir görür. 

Bununla bağlı DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev oxu.az-a açıqlamasında bildirib ki, bununla bağlı hər hansı məhdudiyyət yoxdu: “İctimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunmasında polis əməkdaşları xidməti və mülki geyimdə fəaliyyət göstərə bilər. Bununla bağlı hər hansı məhdudiyyət yoxdur. 

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə qaydalara əməl etməyən şəxsləri müəyyən etmək üçün polis əməkdaşları qanundan irəli gələn bu təcrübədən istifadə edir. 

İnzibati xətanı aşkar edən mülki geyimli polis əməkdaşı xidməti vəsiqəsini təqdim etməklə, inzibati xəta törədən şəxsi müvafiq polis orqanına təhvil verir. 

Əsasən tibbi maskalardan istifadə etməyən, sosial məsafəni gözləməyən, aktiv koronavirus xəstələrinin profilaktikasında epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena karantin rejimlərinin pozulmasına zəmin yaradan şəxslər aşkarlanaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülür”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man