Polisdən qaçan “Kamaz” sürücüsü təhlükə saçdı və tutuldu - REAL VİDEO

İctimai nəqliyyat 21 Dekabr 2020 | 12:40
OXUNUB: 1142

Polisin qanuni əmrinə tabe olmayan “KamAz” sürücülərə təhlükə törədib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, Daxili İşlər Nazirliyinin post-patrul xidməti yolda avtomobillərin hərəkətinə mane olan “KamAz” markalı yük maşınına “Saxla” əmri versə də, ağır tonnajlı avtomobilin sürücüsü polislərin bu əmrinə tabe olmayıb.

Sürücü qarşı yola keçərək hərəkətini davam etdirib.

Sosial şəbəkələrdə polisin qanuni tələblərini yerinə yetirməyən “KamAz” sürücüsü ilə bağlı tədbir görülüb. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, həqiqətən dekabrın 18-də, saat 21.00 radələrində Xətai rayonu, Nobel prosoekti ilə hərəkətdə olan “Kamaz” markalı, 10 HZ 667 dövlət nömrə nömrə nişanlı avtomobili idarə edən Şüvəlan qəsəbəsi sakini, 36 yaşlı Məmmədov Balaəhməd Ağaəhməd oğlu sənədləri qaydasında olmadığı üçün polis tərəfindən verilən “saxla” işarəsinə əməl etməyərək qaçmağa cəhd göstərib. Lakin buna baxmayaraq polis əməkdaşlarının operativliyi və təhlükəsizlik qaydalarını nəzərə alaraq gördüyü tədbirlər nəticəsində sürücü avtomobillə birlikdə saxlanılıb. Nəqliyyat vasitəsi müvəqqəti mühafizə olunan duracağa qoyulub, sürücü barəsində isə müvafiq araşdırma aparılmaqla Xətai rayon Polis İdarəsinin 36-cı polis şöbəsinə təhvil verilib. Sürücü barəsində qanunvericiliyin tələbinə uyğun tədbir görülüb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man