Yol polisi sürücünü aldadıb?- 150 manat əvəzinə 800 manat - FOTO

İctimai nəqliyyat 16 Dekabr 2020 | 18:15
OXUNUB: 7487

Bakı şəhər sakini Aydın Əliyev yol polisləri tərəfindən ona yazılmış protokolla bağlı şikayətini Avtosfer.az-a bildirib.

Sürücü Aydın Əliyev qeyd edir ki, idarə etdiyi 99-HH-718 qeydiyyat nişanlı “Vaz 21723” markalı avtomobillə paytaxtın Hacı Məmmədov küçəsində hərəkətdə olarkən, həmin ərazidə xidmət aparan Nərimanov rayon DYP şöbəsinə məxsus 99-YP-265 qeydiyyat nişanlı YPX avtomobilinin ekipajları saxlama işarəsi verib. Saxlamanın səbəbi isə avtomobilin geriyə hərəkətini bildirən ağ rəngli işıqların yanıb-sönən rejimdə işləməsi olub.  Ona yaxınlaşan baş inspektor polis leytenantı Almuradov Ənvər Hümmət oğlu sürücü barəsində “İnzibati Xətalar Məcəlləsi”nin 342.9-cu maddəsi ilə (500 manatdan 800 manatadək) cərimə yazıb. Lakin sürücü iddia edir ki, həmin maddənin tələblərini pozmayıb və yazılan protokol qanunsuzdur. O, Dövlət Yol Polisi idarəsinin rəhbərliyindən məsələnin ciddi araşdırılmasını və yazılan protokolun ləğv olunmasını xahiş edir.

 

Qeyd edək ki, “İnzibati Xətalar Məcəlləsi”nin 342.9-cu maddəsində yazılmış  “sayrışan işıq siqnalları” dedikdə, operativ nəqliyyat vasitələrinə aid olan göy və ya qırmızı rəngli sayrışan işıq siqnalları nəzərdə tutulur.

 

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man