Qonaqlığa gedən “COVID-19” xəstəsi yol polisi tərəfindən belə tutuldu - FOTO

İctimai nəqliyyat 15 Dekabr 2020 | 18:15
OXUNUB: 1458

Yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib. DİN Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları İmamzadə-Tatlı istiqamətində hərəkətdə olan “VAZ 2107” avtomobili saxlayıblar. 

Yoxlama zamanı  koronavirus testinin nəticəsi pozitiv çıxan, izoliyasiya olunaraq ev şəraitində müalicə olunmalı olan, Göyçay rayon sakini Vüsal Babayevin yaşayış yerini tərk edərək Samux rayonuna gəldiyi müəyyən edilib. O, Samux rayonuna qonaqlığa gəldiyini bildirib

V. Babayev hüquqi izah verilərək, ev şəraitində müalicə olunması üçün yaşadığı ünvana geri qaytarılıb.

Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları koronavirus testlərinin nəticələrinin pozitiv çıxmasını bilə-bilə yaşadıqları evi tərk edən rayon sakinləri Pakizə Məmmədova və Azər Abdullayevi aşkarlayaraq evə qaytarıblar.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man