Karantin dövründə texniki baxışdan keçməyənləri nə gözləyir?- AÇIQLAMA

İctimai nəqliyyat 16 Dekabr 2020 | 10:00
OXUNUB: 1153

Sərtləşdirilmiş xüsusi karantin dövründə avtomobillərin texniki baxışdan keçirilməsi məsələsinə yol polisi aydınlıq gətirib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, dövri texniki baxış müddəti bitmiş nəqliyyat vasitələrinin sürücülərinə heç bir güzəşt nəzərdə tutulmayıb. Sürücülər idarə etdikləri avtomobilləri texniki baxışdan keçirtmək üçün SMS vasitəsilə icazə aldıqdan sonra olduqları yerə yaxın DYP-nin texniki baxış mərkəzlərinə getməli və avtomobillərini müvafiq qaydada texniki baxışdan keçirtməlidirlər. 

Əgər texniki baxış zamanı sms icazənin vaxtı bitərsə, avtomobil texniki baxışdan keçirildikdən sonra həmin şəxsin yaşayış yerinə qayıtması üçün əlavə 2 saat vaxt veriləcək. Bu 2 saatlıq icazə isə SMS icazə sisteminə yerləşdiriləcək.

 

Təbriz

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man