Yol polisindən sürücü və sərnişinlərə vacib müraciət

İctimai nəqliyyat 15 Dekabr 2020 | 14:44
OXUNUB: 1185

Paytaxtda qurulan karantin postlarında yaranan süni sıxlıqlar hərəkət iştirakçılarının haqlı narazılığına səbəb olur. Süni sıxlığın, tıxacın və gecikmələrin qarşısını almaq üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücü və sərnişinlərə müraciət edib.

İdarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az vasitəsilə vətəndaşlara müraciət edərək bildirib ki, SMS icazə alıb hərəkət edən sürücü və sərnişinlər vaxt itkisinə yol verməmək üçün postlara yaxınlaşarkən üzərilərində olan şəxsiyyət vəsiqəsini yoxlanış üçün hazır saxlamalıdırlar: "Bildiyiniz kimi, şəxsiyyət vəsiqələri iki cür olduğu üçün yeni şəxsiyyət vəsiqələrinin arxa hissəsini, köhnə şəxsiyyət vəsiqələrinin isə ön hissəsini yoxlayıcı cihaza yaxınlaşdırmaq lazımdır. Belə olan halda 7 saniyə ərzində həmin şəxsi yoxlamaq kifayət edir. Bu isə ləngimələrin, süni sıxlığın və tıxacın qarşısını almış olur".

Vaqif Əsədov Avtosfer.az-a onu da bildirib ki, ictimai nəqliyyat və operativ nəqliyyat vasitələrinin sərbəst hərəkəti üçün ayrıca xüsusi zolaq ayırılıb: "Təəssüf ki, həmin zolaqda digər sürücülərin hərəkət etməsi müşahidə olunur. Üstün hərəkət rejimi olan nəqliyyat vasitələrinə maneə yaratmamaq üçün sürücülərdən xahiş edirik ki, xüsusi ayrılmış zolağa daxil olaraq ayrıca sıxlıq və gərginlik yaratmasınlar".

 

Təbriz

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man