DİN: “Zərurət olmadığı halda küçəyə çıxmayın” - VİDEO

İctimai nəqliyyat 14 Dekabr 2020 | 13:28
OXUNUB: 942

Ölkədə sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar Bakıda daxili karantin postları fəaliyyətə başlayıb. 

Baku TV xəbər verir ki, postlar Bakının giriş-çıxışları ilə yanaşı, şəhər daxilindəki avtomobil yollarında da qurulub. Paytaxta tərəf hərəkət edən hər bir avtomobil iştirakçısı xüsusi postlarda saxlanılır və icazəsinin olub-olmaması yoxlanılır. 

Bu gündən başlayan sərtləşdirilmiş karantin rejimi artıq post qurulan bəzi yollarda uzun tıxacların yaranmasına səbəb olub. Bütün bunları nəzərə alan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) vətəndaşlara tövsiyə xarakterli xəbərdarlıq da ünvanlayıb.

BŞDYPİ-nin əməkdaşı Toğrul Nəsirli zərurət yaranmadığı halda sakinlərdən evlərini tərk etməməsini bildirib. 

Qeyd edək ki, karantin postları ilə yanaşı şəhərin müxtəlif ərazilərində Daxili İşlər Nazirliyi əməkdaşlarından ibarət mobil postlar da fəaliyyət göstərir.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man