Üç nəfərin öldüyü qəzanın ŞOK səbəbləriüzə çıxdı - DYP-dən AÇIQLAMA

İctimai nəqliyyat 30 Noyabr 2020 | 21:35
OXUNUB: 4400

Baş Dövlət Yol polisi İdarəsi noyabırın 30-da paytaxtın Xətai rayonu ərazisində 3 nəfərin ölümü və 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb. İdarənin şöbə rəisi, polis mayoru Namidan Piriyev Avtosfer.az-a bildirib ki, gecə saat 00:47 radələrində baş verən qəza zamanı sürücü Yasamal rayon sakini 1999-cu il təvəllüdlü oğlu Məmmədov Tuncay Aslan oğlu havanın yağışlı və yol örtüyünün yaş olmasını nəzərə almadan özünə məxsus “BMW” markalı, 99-SS-459 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə yüksək sürətlə hərəkətdə olduğundan idarəetməni itirib. Nəticədə avtomobil səkiyə doğru sürüşərək bordürə və yolun kənarındakı obyektə çırpıldıqdan sonra aşıb.
Qəza nəticəsində Azərbaycan Tibb univerisitetinin 5-ci kurs tələbələri, FHN-nin modul tipli hospitalında tibb qardaşları və tibb bacısı işləyən sürücü T.A.Məmmədov, avtomobildə olan sərnişinlər Ağcabədi rayon sakini 1998-ci il təvəllüdlü Məmmədova Yeganə Tarif qızı və Qəbələ rayon sakini 1999-cu il təvəllüdlü Mustafazadə Sahil Mehman oğlu aldıqları xəsarətdən həlak olub, İsmayıllı rayon sakini 1999-cu il təvəllüdlü Ağamirzəyev İlkin Hikmət oğlu isə ağır xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. 
Yol-nəqliyyat hadisəsi ilə bağlı qeydə alınmış videogörüntülərə ilkin baxış keçirilərkən həmin avtomobilin yüksək sürətlə hərəkət etməsi və hərəkət sürətinin yol və meteoroloji şəraitə uyğun seçilməməsi müşahidə olunub. Zərbə nəticəsində sərnişin Y.Məmmədovanın nəqliyyat vasitəsindən 18 metr kənara atılmaqla 3 nəfərin həlak olması deməyə əsas verir ki, avtomobildə olan sürücü və sərnişinlərdən heç birinin təhlükəsizlik kəməri bağlı olmayıb. Məhz bu amillər də qəzanın ağırlıq dərəcəsinin daha yüksək olmasına təsir edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man