Azərbaycan polisləri Kəlbəcərdədir - VİDEO

İctimai nəqliyyat 30 Noyabr 2020 | 17:45
OXUNUB: 3491

Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilən Kəlbəcər rayonuna gediblər.

“Report”un xəbərinə görə, bu barədə videogörüntülər sosial şəbəkədə yayılıb.

Belə ki, polis əməkdaşları şəhərin mərkəzində olublar.

123 saylı Kəlbəcər seçki dairəsindən Milli Məclisə deputat seçilən Aqil Məmmədov “Report”a bildirib ki, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları aidiyyəti qurumlarla birlikdə ora gedərək həmin ərazilərə baş çəkiblər:

“Ancaq polis şöbəsinin Kəlbəcərə yerləşdirilməsi ilə bağlı aidiyyəti üzrə konkret tapşırıq verilməyib. Bununla bağlı daxili işlər naziri müvafiq əmr verəcək. Hazırda Kəlbəcər Rayon Polis Şöbəsinin bir hissəsi Göygöl rayonunda, bir hissəsi isə Gəncə şəhərində fəaliyyət göstərir”.

Qeyd edək ki, noyabrın 25-də Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələrinin 27 illik işğalından azad olunub.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man