DİN komendat saatı ilə bağlı sürücülərə müraciət etdi - Saat 21.00-dan sonra...

İctimai nəqliyyat 03 Oktyabr 2020 | 22:03
OXUNUB: 1727

Daxili İşlər Nazirliyi (DİN) yol hərəkəti iştirakçılarına müraciət edib. DİN-dən verilən məlumatda bildirilir: 

"Sentyabrın 28-i saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan olunub və Bakı şəhəri daxil olmaqla ölkənin 22 inzibati ərazisində saat 21:00-dan ertəsi gün saat 06:00-dək komendant saatı tətbiq edilib.

Bir daha hərəkət iştirakçılarından xahiş edirik ki, komendant saatının tətbiq edildiyi inzibati ərazilərdə yaşayan və ya həmin ərazilərə giriş-çıxış edən şəxslər gedəcəkləri ünvanadək olan məsafəni nəzərə alaraq komendant saatının başlanmasınadək, yəni saat 21:00-dək səfərlərini başa çatdırsınlar, eləcə də komendant saatı dövründə xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənəd olmadan küçələrə və digər ictimai yerlərə çıxmasınlar.

Həmçinin komendant saatı müddətində fəaliyyətinə icazə verilmiş sahələr üzrə xidmət göstərən, xüsusilə yük daşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin nəzərinə çatdırılır ki, qeyd olunan müddət ərzində komendant saatı tətbiq edilmiş inzibati ərazilərdə nəqliyyat vasitələri ilə hərəkət etmək zərurəti yarandığı təqdirdə mütləq qaydada sürücü və yükü müşayiət edən digər şəxslər haqqında müvafiq məlumatlar gücləndirilmiş elektron imzadan istifadə olunmaqla "icaze.e-gov.az" portalına daxil edilərək xüsusi icazə alınmalıdır".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man