Nazirlikdən polis şöbəsinə atılan mərmi barədə açıqlama - FOTO

İctimai nəqliyyat 28 Sentyabr 2020 | 22:46
OXUNUB: 1054

Cəbhə bölgəsindən gələn məlumatlara görə, düşmən tərəfindən atılan mərmilərdən biri Tərtər şəhərinin mərkəzində yerləşən rayon Polis Şöbəsinin inzibati binasının həyətinə düşüb. Bu zaman dağıntı və insan tələfatı olubmu?

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, hərbi qüvvələrimizlə bacara bilməyən düşmən yaşayış məntəqələrimizi və mülki obyektləri hədəf seçir. Bu gün saat 12 radələrində düşmən tərəfindən atılan mərmilərdən biri Tərtər Rayon Polis Şöbəsinin inzibati binasının həyətinə düşüb. Zərbə o qədər güclü olub ki, mərminin qəlpələri inzibati binanın dəhlizlərinə qədər daxil olub. Xoşbəxtlikdən insan tələfatı, xəsarət alan olmasa da, binaya ciddi maddi ziyan dəyib.

Bu bir daha onu göstərir ki, döyüş meydanında ağır zərbələr alan düşmən cəbhədən xeyli aralıda olan yaşayış məntəqələrimizi, orada yaşayan mülki əhalini hədəf seçməkdə davam edir.

  

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man