Bakıda dəfələrlə avtoxuliqanlıq edən, yol polisləri tərəfindən cərimə və hətta həbs edilən şəxs yenidən qanunsuz hərəkətlərinə davam edir.
"MediaPost" xəbər verir ki, 90 XL 073 dövlət nömrə nişanlı avtomobillər idarə edən şəxs bu dəfə “Niva” markalı maşınla qaydaları pozur. Avtomobildə konstruksiya dəyişiklikləri edərək müxtəlif manevrlər edir. Eyni zamanda foto və videolar çəkərək sosial şəbəkələrdə paylaşır. Belə ki, yol polisinin onu cərimə neydançasına apardığı və avtomobilin olduğu kimi çıxdığını əks etdirən görüntüləri yayır.
Həmçinin polislərə tabesizlik göstərdiyi görüntülər də sosial şəbəkələrdə mövcuddur.
Avtoxuliqanlıq edən bu şəxsdən ərazi üzrə xidmət aparan yol polisləri də bezib. Belə ki, saxlanılan zaman özünə xəsarət yetirir, eyni zamanda cərimə, həbs və s. inzibati tədbirlər də nəticə vermir. Yenidən öz qanunsuz əməllərinə davam edir.
Qeyd edək ki. əvvəllər “VAZ 2107” markalı avtomobil ilə gecə saatlarında sakinləri narahat etdiyi üçün şikayətlər olmuşdu. Lakin görünür ki, görülən tədbirlər nəticə verməyib.
Ümid edirik ki, bu şəxs digərlərinə ziyan vurmadan barəsində müvafiq tədbir görüləcək.
Görüntuləri təqdim edirik:
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man