Yol polisi məktəblərdə təbliğat işini davam etdirir - Xəzərdən FOTOLAR - VİDEO

İctimai nəqliyyat 24 Sentyabr 2020 | 13:51
OXUNUB: 2006

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanan maarifləndirici şüarlar əks olunan plakatlar məktəblərin qarşısına vurulur. Avtosfer.az xəbər verir ki, Xəzər rayonundakı məktəblərin önünə də bu plakatlardan vurulub. Xəzər DYPŞ-nin əməkdaşları eyni zamanda şagird və müəllimlərlə maarifləndirici söhbətlər aparıb. Qeyd olunub ki, yol polisi bu plakatlar vasitəsilə şagidr və valideynlər arasında həm yol hərəkəti, həm də pandemiya qaydalarına əməl edilməsini təbliğ edir, eyni zamanda bu istiqamətdə vacib mesajları onlara çatdırır.

Qeyd edək ki, lövhələrdə şagirdlərin nəzarətsiz buraxılması, piyada keçidlərindən istifadə edilməsi, dərslərdə şagirdlərə yol hərəkəti qaydaları haqqında məlumat verilməsi, karantin qaydalarına riayət olunması öz əksini tapıb.

Plakatlar yol polisi əməkdaşları tərəfindən Bakı şəhərində yerləşən bir sıra məktəblərin önünə vurulacaq və eyni zamanda karantin qaydalarına uyğun olaraq təbliğat işləri davam etdiriləcək.

 

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man