Sərxoş halda avtoxuliqanlıq edən sürücü həbs edildi - FOTO

İctimai nəqliyyat 17 Sentyabr 2020 | 18:37
OXUNUB: 1913

Bakıda sərxoş halda avtomobil idarə edərək yol hərəkəti qaydalarını pozan sürücü həbs olunub. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Bildirilir ki, sürücü Nəsirov Fəxrəddin Cəlal oğlu sərxoş vəziyyətdə idarə etdiyi 99 UF 061 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobil ilə Heydər Əliyev prospektində əks istiqamətdə hərəkət edib. Yol polisinin "saxla" əmrinə qəsdən tabe olmayan sürücü avtoxuliqanlıq hərəkətləri edib. Yol polisləri və Post Patrul Xidməti əməkdaşlarının köməyi ilə sürücü saxlanılıb. O, müvafiq qaydada ərazi üzrə polis bölməsinə gətirilib. Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Nizami rayon məhkəməsinə təqdim olunub. Məhkəmə sürücünü İnzibati Xətalar Məcəlləsinin 511.1, 334.1 və 535.1 maddələri ilə təqsirli bilib. Barəsində 1 il sürücülük hüququndan məhrum edilməklə 20 gün həbs tədbiri seçilib.

 

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man