Şəmkirdə yol polisi azyaşlıların təhlükəsizliyi üçün bunları edir - FOTO

İctimai nəqliyyat 14 Sentyabr 2020 | 20:07
OXUNUB: 1588

Yol polisi tərəfindən “Diqqət uşaqlar” adı altında təhlükəsizlik aylığı çərçivəsində yeni dərs ilinin başlaması ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilir. Avtosfer.az xəbər verir ki, Şəmkir rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşları  küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüksək olma ehtimalını nəzərə alaraq məktəblərdə və məktəbəqədər müəssisələrdə təhsil alanların təhlükəsizliyinin təmin edilməsi, onların həyat və sağlamlıqlarının qorunması üçün mühüm işlər həyata keçirir. Belə ki, Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən təhsil ocaqlarının qarşısında təhlüksəzilyin təmin edilməsi, azyaşlıların iştirakı ilə baş verən yol qəzalarının qarşısının alınması və bu hadisələrin başvermə səbəblərinin aradan qaldırılması  məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi üçün çatışmayan yol nişanlarının qoyulması, yararsız nişanların yenilənməsi, həmçinin nişanlanma xətlərinin çəkilməsi işləri həyata keçirilir.
Eyni zamanda bir sıra profilaktik söhbətlər aparılır. 
Əsas hədəf olaraq azyaşlı yol hərəkəti iştirakçılarının iştirakı ilə yol qəzaların qarşısının alınması və təhlükəsizlik tədbirlərinin görülməsidir.

Dövlət Yol Polisi Şöbəsindən Avtosfer.az-a o da bildirilib ki, dərs ili boyu qaydalar çərçivəsində şagirdlərlə mütəmadi olaraq təbliğat işi davam etdiriləcək. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man