Sumqayıtda yol polisi bütün məktəbləri nəzarətə götürdü - FOTO-VİDEO

İctimai nəqliyyat 14 Sentyabr 2020 | 14:48
OXUNUB: 1023

Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığının keçirilməsi ilə əlaqədar müvafiq tədbirlər görülür. Avtosfer.az xəbər verir ki, bu məqsədlə bütün təhsil müəssisələri yol polisi tərəfindən nəzarətə götürülüb.

DYPŞ-nin əməkdaşları şagirdlərlə profilaktiki söhbətlər apararaq koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə məktəblərdə və ictimai nəqliyyatda, eləcə də dayanacaqda sosial məsafənin gözlənilməsinin vacibliyini qeyd ediblər. Eyni zamanda, yol hərəkəti qaydalarını izah etmək üçün valideynlərlə təbliğat xarakterli görüşlər keçirilib.

Bundan başqa, Sumqayıt DYPŞ-nin əməkdaşları tərəfindən şəhər ərazisində yerləşən bütün təhsil müəssisələrinin olduğu küçə və prospektlərdə müayinələr aparılıb, aşkar olunan çatışmazlıqlar Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İdarəsinin əməkdaşları ilə birlikdə aradan qaldırılıb. Belə ki, yol nişanları quraşdırılıb, köhnələri yenisi ilə əvəz edilib, eləcə də nişanlanma xətləri çəkilib.

Bununla da məktəblərin qarşısında hərəkətin təhlükəsizliyi təmin edilib, şagirdlərin məktəbə gəlib-gedərkən sosial məsafənin qorunması üçün müvafiq dayanma xətləri çəkilib.

 

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man