Şəki yol polisi xəbərdarlıq edir: Velosipedçilər, ehtiyyatlı olun!

İctimai nəqliyyat 11 Sentyabr 2020 | 15:12
OXUNUB: 1284

Respublikamızda yol hərəkətinin təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilmiş profilaktik tədbirlər nəticəsində 2020-ci ilin 6 ayı ərzində yol-nəqliyyat hadisələrinin, onların nəticəsində həlak olanların və xəsarət  alanların  sayında azalma qeydə alınsa da, son vaxtlar velosipedçilərin iştirakı ilə baş vermiş qəzaların çoxluğu ciddi narahatçılıq doğurur. Təkcə cari ilin  6 ayında velosipedçilərin iştirakı ilə baş vermiş   21 yol - nəqliyyat  hadisəsində  8 nəfər həlak olmuş, 21 nəfər isə xəsarət almışdır.  Təhlil göstərir ki, qeyd olunan hadisələrin artımına , nəticələrinin isə ağırlaşmasına səbəb bir çox velosipedçinin qanunla müəyyən edilmiş təhlükəsizlik qaydalarına əməl etmədən yol hərəkəti qaydalarını davamlı olaraq pozmaları, o cümlədən velosipedi yolun əks istiqamətində, hərəkət hissəsinin ortasında, xüsusən sutkanın qaranlıq vaxtlarında işıqlandırıcı vasitələrdən istifadə etmədən idarə etmələri olmuşdur.

 

“Yol hərəkəti haqqında” Azəraycan Respublikasının Qanununa uyğun olaraq velosipedi idarə edən şəxslər tərəfindən avtomobil yollarında texniki baxımdan saz və lazımi təchizatlı velosipeddən istifadə edilməsi, habelə onları xüsusi zolaqlar ilə, bunlar olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə idarə olunması, eləcə də idarə etməyə mane olan yük və ya sərnişin daşınılmaması ciddi nəzarətdə saxlanılacaqdır. Avtomobil yollarında velosipedi təhlükəsizlik dəbilqələrindən istifadə etmədən, eləcə də yolun əks istiqamətində, hərəkət hissəsinin ortasında və digər yol hərəkəti qaydalarını pozmaqla idarə edən şəxslər barəsində qanunla müəyyən edilmiş qaydada inzibati tənbeh tədbirləri görüləcəkdir. Ona görə də velosiped idarə edən şəxslərə müraciət edirik ki, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükə altında qoymamaq üçün qaydalara əməl etsinlər.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man