Velosipedçilər 40 manat cərimələnə bilər, əgər...

İctimai nəqliyyat 01 Sentyabr 2020 | 21:05
OXUNUB: 4503

Yol qəzaları arasında ölümlə nəticələnən hadisələrin bir hissəsi velosipedlərin iştirakı ilə baş verir. Son zamanlar bu nəqliyyat vasitələri ilə baş verən qəzaların sayı da durmadan artır. Qeydə alınan qəzaların mütləq əksəriyyətində isə məhz təhlükəsizlik baxımından çox zəif olan velosiped sürücüləri hadisənin qurbanı olur. Azərbaycanda bu nəqliyyat növünə daha çox yeniyetmələrin marağı olduğunu nəzərə alsaq, hadisə qurbanları da əsasən, onlardır. Görəsən, bu nəqliyyat vasitəsi ilə ölümlə bitən qəzalara tez-tez rast gəlinməsinə səbəb nədir? Velosiped sürənlər hansı qaydalara əməl etməlidir?

Lent.az -ın suallarına avtomobil eksperti Elməddin Muradlı aydınlıq gətirib. Onun sözlərinə görə, velosipedçilərin əksəriyyəti yol hərəkəti qaydalarını bilmir və bu da qəzalara gətirib çıxarır:

“Yol hərəkəti haqqında" qanunun 38, İnzibati Xətalar Məcəlləsinin isə 338-ci maddəsində velosipedçi və moped sürənlərin məsuliyyətindən bəhs olunur. Velosipedi nasaz vəziyyətdə idarə etməyə, işıqforun qırmızı işığında keçməyə və piyadalara yol verməməyə görə 40 manat cərimə tərtib olunur. Bəlkə də, bu iki təkərli nəqliyyat növünü idarə etmək barədə təbliğat zəif aparılır, yaxud insanlar velosipedi adi hesab edir və istənilən yerdə sürür. Son zamanlar qəzaların artmasını nəzər salsaq görərik ki, velosiped idman növü ilə məşğul olanlar və professional sürücülərdən başqa heç kəsin qaydalardan anlayışı yoxdur. Əksəriyyəti yeniyetmələr olan velosipedçilər çox aqressivdirlər və qaydaları çox kobud şəkildə pozurlar”.

Elməddin Muradlı bildirib ki, orta məktəblərdə yol hərəkəti qaydaları barədə tədris zamanı velosiped mövzusuna ciddi toxunmaq lazımdır. O, velosiped sürən uşaqların valideynlərini də diqqətli olmağa çağırıb:

“Düşünürəm ki, orta məktəblərdə yol hərəkəti qaydaları barədə tədrisdə velosiped mövzusuna çox ciddi toxunulmalıdır. Bu ilin ilk rübünü təhlil etsək görərik ki, velosipedçilərin iştirakı ilə 21 qəza baş verib. Nəticədə 8 nəfər vəfat edib, 21 nəfər yaralanıb. Vaxtilə məmurlar yol kənarlarını obyekt tikilməsi üçün satdılar. İndi də Bakı Nəqliyyat Agentliyi kənar zolaqların, səkilərin yaradılmasına çalışsa da, bu alınmır. Məslən, küçədə 500 metrlik velosiped zolağı təşkil olundu. Bəs sağa, yaxud sola dönəndə necə olacaq? Ola bilsin ki, gələcəkdə tramvaylar, trolleybuslar fəaliyyətə başlasın, insanların bu ictimai nəqliyyata marağı arta bilər. O zaman avtomobillərin də sayı azalar və velosipedlərin hərəkəti üçün imkan yaranar. Velosiped sürənlər qeyd etdiyimiz maddələrdə tələb olunan qaydalara riayət etməlidir. Xüsusən, valideynlər bu məsələdə diqqətli olmalıdır. Uşaqlarına nəzarət etməlidirlər ki, məhəllə yollarından avtomobil yoluna çıxmasınlar. Velosipedlə hətta adam vurub öldürənlər də var. Ona oyuncaq kimi baxılmasın, o da bir nəqliyyat növüdür”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man