Yol polisi Qubada reyd keçirdi - FOTO

İctimai nəqliyyat 27 Avqust 2020 | 11:12
OXUNUB: 1313

Quba Rayon Polis Şöbəsinin və Dövlət Yol Polis Bölməsinin əməkdaşları rayon ərazisində sərnişindaşıma ilə məşğul olan şəxslərlə bağlı reyd keçiriblər. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən reyd zamanı bəzi sürücü və sərnişinlərin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb. Onlarla profilaktik söhbətlər aparılıb və tibbi maskalardan istifadənin zəruriliyi diqqətə çatdırılıb.

Keçirilən reyd zamanı həmçinin, avtomobil yollarında hərəkət edərək qəza şəraiti yaradan velosipedçilər saxlanılıb. Onlarla profilaktik söhbətlər aparılıb və bu formada hərəkət etmələrinin həm özləri, həm də digər hərəkət iştirakçılarının həyatı üçün təhlükəli olduğu bildirilib.

Qaydalara əməl etməyən sürücü və sərnişinlər, həmçinin velosipedçilər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb, cərimə protokolları tərtib olunub.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man