Karantin postunda mal-qara daşınan maşının baqajından adam çıxdı - VİDEO

İctimai nəqliyyat 25 Avqust 2020 | 11:14
OXUNUB: 1949

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) karantin qaydalarını pozan sürücü ilə əlaqədar məlumat yayıb. İdarədən Avtosfer.az-a verilən məlumatda deyilir: "24.08.2020-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhər sakini Məmmədalıyev Əbdürrəhman Tofiq oğlu idarə etdiyi “Renault” markalı, 10-JF-296 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qapalı yük yerində Cəlilabad rayon sakinləri Məlikov Ramil Akif oğlu, İbrahimov Barat Zərbala oğlu və  Lerik rayon sakini Həmidov Rövşən Müseyib oğlunu Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən xüsusi karantin postundan paytaxt istiqamətinə keçirmək istəyərkən DİN Baş DYP İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılıb. Yoxlama zamanı avtomobilin yük yerində daşınan sərnişinlərin müvafiq icazələri olmadan karantin rejimini pozmağa cəhd etdiklərinə, eləcə də sürücünün xüsusi karantin rejimi ilə yanaşı sərnişin daşıma qaydalarını da pozduğuna görə hər birinin barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəmə orqanlarına göndərilib.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man