Bakıdan unikal yolla qaçış baha başa gəldi:Rayon qeydiyyatlı vətəndaşların...

İctimai nəqliyyat 22 Avqust 2020 | 16:27
OXUNUB: 3569

Karantin qaydalarını pozaraq postu keçmək istəyənlər saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən avqustun 21-də Qaradağ rayonu Ələt qəsəbəsinin ərazisində karantin rejimi ilə əlaqədar qurulmuş postda Astara rayon sakini R.İsgəndərovun idarə etdiyi “Mercedes” markalı mikroavtobus saxlanılıb.

Yoxlama zamanı R.İsgəndərov və sərnişini Şabran rayon sakini A.İsayevin Bakı şəhər sakini olan yeddi nəfər sərnişinə pul müqabilində müxtəlif rayon qeydiyyatlı vətəndaşlara məxsus şəxsiyyət vəsiqəsi verərək, onları rayon istiqamətinə postdan keçirməyə cəhd etməsi müəyyən edilib.

Qeyd edilən yeddi nəfər barəsində İXM-in 211.1-ci maddəsi ilə protokol tərtib edilib, R.İsgəndərov və A.İsayev isə araşdırmalar aparılması üçün Qaradağ Rayon Polis İdarəsi 11-ci Polis Bölməsinə təhvil verilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man