Karantin cəriməsini ödəməyənlərə DYP-dən VACİB XƏBƏR - MƏHKƏMƏ...

İctimai nəqliyyat 22 Avqust 2020 | 00:47
OXUNUB: 8858

Son günlər sosial şəbəkələrdə pandemiya dövründə qaydaları pozanların cərimələrinin ləğv olunacağı ilə bağlı məlumatlar paylaşılır.
Avtosfer.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, cərimələri qeyd edilən vaxtlarda ödəməyən şəxsləri məhkəmələr ictimai işlərə cəlb edə bilər. "Heç kim düşünməsin ki, bir müddət keçdikdən sonra onlar barəsində tətbiq edilən cərimələr silinə bilər".

Kamran Əliyev, son günlər sosial şəbəkələrdə xüsusi karantin rejimi qaydalarını pozan şəxslər barəsində tətbiq edilən cərimələrin silənəcəyi ilə bağlı fikirlərə münasibət bildirirərkən deyib ki, pandemiya dövründə istər sürücülər, istər sərnişinlər, istərsə də piyadalar arasında qaydaları pozan kifayət qədər şəxslər olub. Onlar polis əməkdaşları tərəfindən aşkar edilərək barələrində cərimə tətbiq edilib. Cərimələnənlər arasında inzibati xətalar məcəlləsinin 211.2-ci maddəsinə uyğun, yəni ''tənəffüs yollarını qoruyan xüsusi vasitələrdən müvafiq yerlərdə istifadə etməyənlər üstünlük təşkil edir.

Kamran Əliyev bildirdi ki, heç kəs məsuliyyətdən azad oluna bilməyəcək.
Qurum rəsmisi onu da qeyd etdi ki, əgər həmin şəxslər 3 ay müddətində də cəriməni ödəmədikləri halda məhkəmələr tərəfindən onların 160 saatdan 240 saatadək ictimai işlərə cəlb olunması haqda müvafiq qərar qəbul edilə bilər.
Xüsusi karantin rejimi qaydalarını pozub cərimə olunan şəxslərə tövsiyə olunur ki, həmin cərimə məbləğini vaxtında ödəsinlər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man