Yol polisinin yeni Texniki Müayinə Mərkəzi - VİDEO

İctimai nəqliyyat 20 Avqust 2020 | 13:46
OXUNUB: 3903

Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsi ilə yanaşı paytaxtın Qaradağ rayonunun Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun 2-ci kilometrliyində (Sədərək Ticatət Mərkəzinin yanı) yeni istifadəyə verilmiş və müasir avadanlıq və ölçü cihazları ilə təchiz edilmiş Müayinə Mərkəzində də nəqliyyat vasitələrini texniki baxışa təqdim edə bilərlər.

Sürücülüərin diqqətinə çatdırılır ki, respublika üzrə bütün texniki baxış məntəqələri istirahət və bayram günləri də daxil olmaqla hər gün saat 09:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərir.

Texniki baxışa təqdim olunan nəqliyyat vasitələri "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man