Sürücü Həmid Əliyev avtomobili idarə etmədiyi halda ona protokol tərtib olduğunu idda edir. Bu barədə müraciət edən vətəndaş bildirib ki, 2019-cu ilin iyun ayının 10-da aeroport yolunda (Olimpiya Stadionunun yaxınlığında) avtomobil qəzasına uğrayıb. Həmin vaxtdan idarə etdiyi 90 FF 928 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobil cərimə meydançasına yerləşdirilib. "Bu vaxt ərzində maşını idarə etməmişəm. Amma bu yaxınlarda ASAN xidmətdə sürücülük vəsiqəsini dəyişmək istəyəndə bildirdilər ki, 349 manat cərimən var. Hətta cərimələrin ikisi avtomobil qəzaya düşdükdən sonra yazılıb. Bu necə olur ki, maşın sürmədiyim halda mənə cərimə tətbiq olunur?"
Məsələ ilə bağlı açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, sürücüyə idda etdiyi kimi protokol tərtib olunmayıb.
"Qeyd edilən protokol 04.06.2019-cu ildə sürücü əks istiqamətdə hərəkət etdiyi üçün tərtib olunub. Xətanın mövcudluğu ilə yerində razılaşmadığı üçün qərar çıxarımayıb. Sürücü iştirakı ilə işə baxılması üçün gəlmədiyinə görə 22.06.2019-cu ildə həmin protokol üzrə qərar qəbul edilib. Sürücü cərimə borclarını ödəmədiyi üçün cərimə borcunun üzərinə dəbbə pulu gəlib. Sürücü isə cərimə borcunu yenə ödəməyib. Bu səbəbdən
24.10.2019-cu ildə cərimə borcunu vaxtında ödəmədiyi üçün İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən protokol tərtib olunub və baxılması üçün məhkəməyə təqdim olunub. Yəni, bu protokol konkret olaraq hansısa yol hərəkəti qaydalarını pozmağa görə deyil, inzibati cərimənin ödənilməsinə görə şəxsin iştirakı olmadan tərtib olunub."
Kamran Əliyev bildirib ki, 17.04.2020-ci ildə tərtib olunmuş protokolun isə Dövlət Yol Polisinə aidiyyəti yoxdur.
Orxan
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man