Deputatlar DYP-dən danışır: "Reyddə saxlanıldım"

İctimai nəqliyyat 19 Avqust 2020 | 16:26
OXUNUB: 5799

Dəfələrlə Dövlət Yol Polisi (DYP) əməkdaşları ilə deputatlar arasında mübahisə yaranıb. Hətta deputatlar bununla bağlı bir neçə dəfə parlamentdə məsələ də qaldırıblar. Belə ki, onlar yol polisinin deputatın maşınını saxlamasından, onları tanımamasından və millət vəkillərinə qarşı qeyri-mədəni davranışlarından gileylənib.

Maraqlıdır, deputatlar yol-hərəkəti qaydalarına necə əməl edirlərmi? Onlar işıqforun qırmızı işığından keçmək və sürət həddini aşmaq kimi inzibati xəta törədiblər? Ümumiyyətlə, deputat olduqları müddətdə hansı qayda pozuntularına yol veriblər?

“Report”un əməkdaşı bu suallarla Milli Məclisin bir neçə deputatına müraciət edib.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev “Report”a deyib ki, DYP əməkdaşlarının əksəriyyətinin fəaliyyətindən razıdır:

“Xüsusən də onlar pandemiya zamanı gecə-gündüz işləyilər. Təbii ki, DYP əməkdaşlarının hazırkı fəaliyyəti bir neçə il bundan əvvəllə müqayisədə daha yaxşıdır”.

Deputat bildirib ki, DYP əməkdaşları tərəfindən onun avtomobili bir neçə dəfə saxlanılıb:

 

Rüfət Quliyev

Rüfət Quliyev

 

“Sənədləri yoxlayıb və buraxıblar. Çox nadir hallarda da olub ki, bəzi artıq suallar veriblər. Mən daha çox Bakı-Lənkəran istiqamətində hərəkət edirəm. Orada olan polislərin əksəriyyəti məni və avtomobilimi tanıyır. Hansısa narahatlıqıa üzləşməmişəm. Sürücüm çalışır ki, yol-hərəkəti qaydalarını pozmasın. Ancaq bir və ya iki aydan bir müəyyən qayda pozuntuları olur. Bu da şəhər ərazində avtomobilin parklanması ilə bağlı olur. Hesab edirəm ki, insanlara aptekə, marketə gedən zaman 10-15 dəqiqə avtomobillərini saxlamağa icazə verilməlidir. Bununla bağlı çıxış da etmişəm. Düşünürəm ki, axşam saat 21-dan səhər saat 7-yə kimi maşınları saxlamağa icazə verilməlidir. Çünki o vaxt tıxac olmur və avtomobillər rahat hərəkət edə bilir. Bu məsələ ətrafında düşünmək lazımdır. Deyilənə görə 2 dəqiqə icazə verilir. Ancaq Bakı Nəqliyyat Agentliyinin əməkdaşları bunu çəkirlər. Hesab edirəm ki, həmin qurumun əməkdaşları birinci dəfə üçün sürücüyə xəbərdarlıq etməli və ya orada saxlamağın qadağan olunduğunu bildirməlidir. Həmin tapşırıq və tövsiyələrə əməl etməyənlər isə cərimələnməlidir.”.

R.Quliyev hesab edir ki, işıqforun qırmızı işığında keçmək tərbiyəsizlikdir:

“Bunu etmək olmaz. Son 5-7 ildə Azərbaycanın regionlarında kifayət qədər rahat yollar salınıb. Bəzi rayon yollarında sürət həddi 110 km/saat qoyulub və 3 km-dən sonra bu sürət 60 km/saata düşür. Bununla bağlı sürücülər mənə iradlarını bildiriblər. Sürücülərdən xahiş edirəm ki, müəyyən olunan qaydalara əməl etsinlər. Hesab edirəm ki, deputatların əksəriyyəti yol-hərəkəti qaydalarına əməl edir. Mən bunun bir neçə dəfə rayonlara gedən zaman da şahidi olmuşam”.

 

Cavid Osmanov

Cavid Osmanov

 

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov da avtomobil idarə edəndə reyd zamanı DYP əməkdaşları tərəfindən saxlanılıb:

“Bundan başqa vaxt isə DYP əməkdaşları tərəfindən saxlanılmamışam. Mən çox az vaxtlarda şəxsən avtomobil idarə edirəm. Qoruyucu kəmərdan istifadə edir, sürət həddini aşmıram. Çalışıram ki, qaydalara əməl edim.”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı isə ""Report"a bildirib ki, bir sıra hallarda bəzi DYP əməkdaşları ilə münasibətlərində xoşagəlməz anlar yaşanıb:

 

Fəzail Ağamalı

Fəzail Ağamalı

 

“Belə ki, sürücümün günahı ucbatından yol-hərəkəti qaydalarının pozulmasına görə avtomobilimə cərimələr yazılıb. Lakin mənim ondan xəbərim olmayıb. İki dəfə bu halla bağlı avtomobilimi həbs etməyə çalışıblar. Mən onlara bu cür davranmağın qeyri-qanuni olduğunu xatırlatmışam və onların əmrlərinə qanuni olaraq tabe olmamışam. Bundan sonra isə dərhal avtomobilimin cəriməsini ödəmişəm. Sürücüyə tapşırmışam ki, imkan daxilində qaydaları pozmasın. Son dərəcə ciddi bir tədbirə gecikməyim deyə müəyyən qayda pozuntuları olub. Özüm avtomobil idarə edən zaman isə qayda pozuntusuna yol verməmişəm”.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov  hələ deputat olmazdan əvvəl də DYP əməkdaşları tərəfindən saxlanılıb:

 

Vüqar Bayramov

Vüqar Bayramov

 

“Avtomobilimi özüm idarə edirəm və sürücüm yoxdur. Mən DYP əməkdaşlarının fəaliyyətindən razıyam. Onlarala münasibətlərimdə hər hansı bir problem olmayıb. Qaydalara əməl etməyə çalışıram. Heç zaman qırmızı işıqdan keçməmişəm. Mən xaricdə təhsil almışam. O zaman ölkəyə gələndə məni narahat edən məqamlardan biri bəzi sürücülərin piyada keçidlərində piyadalara yol verməməsi idi. Hazırda isə əksər sürücülər bu qaydalara ciddi şəkildə əməl edir. Mən VI çağırış Milli Məclisin deputatı olduğum müddətdə hər hansı bir qayda pozuntusu etməmişəm. Məni tanıyanlar bilir ki, nadir hallarda siqnaldan istifadə edirəm, sürətli sürməyə meylli deyiləm”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man