DYP Kürdəmirdə reyd keçirib, 50 sürücü cərimələnib

İctimai nəqliyyat 19 Avqust 2020 | 13:50
OXUNUB: 1297

Dövlət Yol Polisi (DYP) Kürdəmir rayonunda reyd keçirib. Məqsəd yol-nəqliyyat hadisələrinin qarşısını vaxtında almaq və sürücülərlə profilaktiki söhbətlər aparmaqdır. DYP əməkdaşları rayon ərazisində hərəkətin tənzimlənməsi məqsədilə karantin rejiminin qaydalarına əməl etməklə sürücülərlə profilaktiki söhbətlər aparıb və onlara yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etməsini məsləhət görüb.

Bununla belə, reyd zamanı qaydaları pozan, o cümlədən sürücülük vəsiqəsi olmadan avtomobili idarə edən, təhlükəsizlik kəmərini taxmayan, avtomobilə konstruksiya əlavə edən sürücülərə də rast gəlinib. Qaydaları kobud şəkildə pozan sürücülər yol polisləri tərəfindən cərimələnib.

Reyd zamanı 100-ə yaxın avtomobil saxlanılıb və onların 50-si barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən protokollar tətbiq olunub. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man