Yol polisindən "təpikləndiyini" deyən sürücü ilə bağlı AÇIQLAMA

İctimai nəqliyyat 18 Avqust 2020 | 13:28
OXUNUB: 1792

"Kanal13.TV" səhifəsində "Polis vətəndaşı təpiklədi - "Nə edim ki, Qarabağ əlilisən?" başlıqlı video yayımlanıb. Videoda Qarabağ əlili olduğunu deyən Xanlar Quliyev adlı şəxs  iddia edir ki, Gəncədən ziyarətgahdan qayıdan zaman yol polisləri ona fiziki təzyiq göstərib. İddialara görə, Gəncə şəhərində yol polisi əməkdaşları onu və dostunu saxlayıb və sənədlərini tələb ediblər. Lakin Xanlar Quliyev onlara əlillik vəsiqəsini təqdim edib. Daha sonra isə yol polisləri ilə mübahisə yaranıb. 
Gəncə şəhər Dövlət Yol Polisi şöbəsindən Avtosfer.az-a bildirilib ki, sürücü Xanlar Quliyev "Mercedes Sprinter" markalı yük-sərnişin maşınını heç bir sənədi olmadan idarə etdiyi üçün saxlanılıb. Yoxlama zamanı onun sürücülük vəsiqəsinin etibarlılıq müddətinin 2015-ci ildə bitdiyi üzə çıxıb. Yəni həmin vaxt sürücülük hüququ, etibarnaməsi olmadan nəqliyyat vasitəsi idarə etdiyi üçün avtomobilin duracağa yerləşdiriləcəyi bildirildikdə o, nalayiq söyüşlərlə polis əməkdaşlarını təhqir etməyə başlayıb və yerdən götürdüyü iri daşla onlara, eləcə də patrul avtomobilinə xəsarət yetirməyə cəhd edərkən onun bu cəhdinin qarşısını alan polis əməkdaşı ilə birlikdə yıxılıblar. 
Faktla bağlı hazırda Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

 

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man