Yol polisi sürücünün həyatını xilas etdi:Biləsuvarda - VİDEO - FOTO

İctimai nəqliyyat 17 Avqust 2020 | 14:26
OXUNUB: 3277

Yol polisi halı pisləşən sürücüyə belə kömək etdi - VİDEO

Biləsuvar rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşları sürücünün həyatını xilas edib. Avtosfer.az xəbər verir ki, hadisə avqust ayının 12-i saat 11:10 radələrində Biləsuvar şəhəri, Heydər Əliyev prospektində baş verib. "VAZ 2106" markalı avtomobilin sürücüsünün sükan arxasında vəziyyəti pisləşib və o maşını kənarda saxlayıb. Bu zaman 99 YP 123 və 99 YP 124 dövlət nömrə nişanlı patrul avtomobili ərazidə xidmət aparan Biləsuvar rayon DYPB-in rəisi Rauf Əzimov və bölmənin əməkdaşları polis baş leytenantı Əziz Məmmədov, polis baş serjantları Rəşad Mirzəyev, Elvin Ağayev və  polis serjantı Orxan Həsənov avtomobildə köməksiz vəziyyətdə olan vətəndaşa ilkin tibbi yardım göstəriblər. Dərhal hadisə yerinə Təcili Tibbi Yardım maşını və Post Patrul Xidməti əməkdaşları dəvət olunub. Polis əməkdaşlarının köməyi ilə sürücü təcili yardımla xəstəxanaya çatdırıb. Həkimlərin müdaxiləsindən sonra sürücünün həyatını xilas etmək mümkün olub. Hazırda səhhəti normaldır. Sürücünün yaxınları Biləsuvar rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarına dərin təşəkkürünü bildirir. Videonu təqdim edirik:

Orxan Əli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man