Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədi ilə reyd keçirib. Avtosfer.az-ın məlumatına görə, keçirilən reyd zamanı avtomobil yollarında hərəkət edərək qəza şəraiti yaradan, dəbilqədən istifadə etməyən velosipedçilər saxlanılıb. Onlarla profilaktik söhbətlər aparılıb, bu formada hərəkət etmələrinin təhlükəli olduğu bildirilib.
Qaydalara əməl etməyən velosipedçilər barəsində inzibati protokol tərtib edilərək cərimələniblər.
Reyd zamanı, həmçinin ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sərnişinlər də aşkarlanıb. Və onlar barəsində də qanunvericilik çərçivəsində tədbirlər görülüb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man