Vəsiqə olmadan nasaz maşınla şəhəri bir-birinə qatan sürücü həbs edildi - FOTO

İctimai nəqliyyat 11 Avqust 2020 | 23:16
OXUNUB: 3662

Bakıda qaydaları kobud şəkildə pozaraq yol polisindən qaçmağa cəhd edən sürücü həbs olunub. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Bildirilib ki, Bakı şəhər sakini Qasımov Şamxal Fəxrəddin oğlu sürücülük hüququ olmadan 99 BM 450 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobili nasaz vəziyyətdə idarə edib. Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində yol polisi əməkdaşları ona saxla işarəsi verib. Bu zaman məsuliyyətdən yaxa qurtarmaq üçün sürücü sürəti artıraraq qaçmağa cəhd edib. Yol polisləri təhlükəsizlik qaydalarına riayət etməklə onu təqib ediblər. Dəfələrlə müxtəlif qayda pozuntularına yol verən sürücü təhlükəli vəziyyət yaradıb. İşıqforun qadağanedici işarəsində hərəkəti davam etdirib.  Ziya Bünyadov prospektində hərəkət edərək 20 Yanvar dairəsindən Biləcəri istiqamətdə hərəkət edib. Biləcəri qəsəbəsi ərazisində yol polisləri süni tıxac vasitəsilə sürücünü saxlamağa müvəffəq olub. Sürücü 4-cü polis bölməsinə aparılıb. Onun barəsində toplanmış materiallar aidiyyəti üzrə Binəqədi rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə sürücü İnzibati Xətalar Məcəlləsinin 511.1, 332.2, 327.2, 327.3-cü maddələri ilə təqsirli bilinərək 15 gün müddətində inzibati qaydada həbs olunub.

 

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man