Bu küçələrdə hərəkət istiqaməti dəyişdirildi: hansı yeniliklər var? - VİDEO

İctimai nəqliyyat 11 Avqust 2020 | 19:57
OXUNUB: 1831

Paytaxtın Xətai rayonu, Sabit Orucov küçəsində hərəkət istiqaməti dəyişdirilib. Burada hərəkət birtərəfli olsa da bəzi sürücülər yenə həmin istiqamətdə hərəkət edirlər. Ərazidə xidmət aparan yol polisləri sürücüləri saxlayaraq təbliğat işi aparır. Avtosfer.az ərazidə çəkiliş apararaq dəyişikliklər barədə ətraflı məlumat toplayıb. Belə ki, əvvəllər Sabit Orucov və ona paralel olan Mehdi Mehdizadə küçəsində ikitərəfli hərəkət mövcud idi
Yəni, surücülər Yusif Səfərov küçəsində həm sağa dönə bilir, həm də həmin küçələrdən Yusif Səfərov küçəsinə çıxa bilirdilər. Amma Bakı Nəqliyyat Agentliyi Sabit Orucov küçəsi ilə Yusif Səfərova çıxışı qadağan edən nişanlar quraşdırıb. Eyni zamanda Yusif Səfərov küçəsindən Mehdi Mehdizadə küçəsinə də giriş qadağan olunub. 
Ən maraqlısı isə Yusif Səfərov küçəsində digər iki küçələrdən birbaşa düzünə çıxış və giriş üçün svetoforlar quraşdırılacaq. 
Ekspert Elməddin Muradlı hesab edir ki, bu effektiv olmaya bilər. Çünki Yusif Səfərov küçəsi intensiv hərəkət olan yerdir. Amma digər iki küçədə o qədər də çox hərəkət yoxdur. 100 metr aralıqla iki sveteforun quraşdırılması sıxlığa səbəb ola bilər. 
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, hərəkət istiqaməti dəyişən küçələrdə bu gün nişanlar quraşdırılıb. Odur ki, yol polisi əməkdaşları ərazidə xidmət aparır, sürücüləri maarifləndirir." 
Vaqif Əsədov bildirib ki, yol nişanları bütün standartlara uyğun quraşdırılıb və sürücülərin bunu görməməsi mümkün deyil. "Odur ki, sürücülər "bilmədim", "görmədim" kimi bəhanələr gətirə bilməzlər.

 

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man