Vətəndaş Əli Bayramov yol polisinə təşəkkür edir. Avtosfer.az-a danışan vətəndaş deyir ki, oğlu Elnur epilepsiya xəstəsidir. "Şənbə günü vəziyyəti qəfil pisləşdi. Təcili iynə almaq lazım idi. Yaxınlıqdakı aptektə olmadı. Keşlə qəsəbəsindən Xalqlar dostluğu metrosu istiqamətində getməli idim. Maşınım yoxdur, avtobuslar da işləmirdi. Yaxınlıqda xidmət aparan 99 YP 348 dövlət nömrə nişanlı, yol patrul xidməti avtomobilinə yaxınlaşdım. Vəziyyəti əməkdaşlara izah edən kimi dərhal məni lazım olan ünvana apardılar. İynəni aldım və geri qaytardılar. Onların bu operativliyi sayəsində oğlum yenidən həyata qayıtdı."
Vətəndaş Əli Bayramov Daxili İşlər Nazirliyinin, DYP-nin rəhbərliyinə və bütün əməkdaşlarına, o cümlədən 99 YP 348 dövlət nömrə nişanlı YPX avtomobilinin ekipajına təşəkkürünü bildirib.
Orxan
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man