Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Gəncə şəhərindən karantin qaydalarını pozaraq istirahət məqsədilə Balakənə gələn 5 nəfər müəyyən edilib.
Bu barədə "Report"un Şimal-qərb bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, onlar Polis Şöbəsinə dəvət edilərək profilaktik söhbətlər aparılıb. Karantin rejiminin qayda və tələbləri həmin şəxslərə izah olunub. Qaydaları pozduqları üçün barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man