Mingəçevirdən Bakıya sərnişin daşımağa cəhd edən sürücü həbs olunub

İctimai nəqliyyat 08 Avqust 2020 | 10:33
OXUNUB: 950

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin qaydalarını pozaraq, Bakıya sərnişin daşımağa cəhd edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, bu qanunsuz fəaliyyətlə məşğul olan Mingəçevir şəhər sakini Vasif Osmanov idarə etdiyi “Mercedes” markalı avtobusla sərnişinləri Bakıya aparmaq istəyən zaman elə şəhər ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.  Yoxlanış zamanı V.Osmanovun sürücülük hüququ olmadan sükan arxasına əyləşdiyi də məlum olub. O, icazəsi olmayan 30 sərnişinin hər birindən 10 manat almaqla onları Bakı şəhərinə aparacağına dair söz verdiyini bildirib. 

Sürücü Vasif  Osmanov barəsində Mingəçevir Şəhər Polis Şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və  o, məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati həbs edilib. Sərnişinlər barəsində isə protokol tərtib edilərək, cərimə olunublar.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man