Bakıda yol polisini söyən sürücü həbs edildi - FOTO

İctimai nəqliyyat 03 Avqust 2020 | 17:24
OXUNUB: 1532

Saatlı rayonunda anadan olmuş Abbasov Elmir İsrail oğlu yol polisinə müqavimət göstərdiyi üçün həbs edilib. Avtosfer.az xəbər verir ki, o, idarə etdiyi 99 BL 611 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobil ilə Koroğlu metrosunun yaxınlığında əks istiqamətdə hərəkət edib. Bu zaman yol polisləri tərəfindən saxlanılıb. Araşdırma zamanı məlum olub ki, sürücü karantin qaydalarını da pozub.  Ona inzibati protokol tərtib olunan zaman yol polisi ilə mübahisə edib və onlara müqavimət göstərərək polisin qanuni tələblərinə tabe olmayıb. Eyni zamanda nalayiq ifadələr işlədib.
Sürücü 23-cü polis bölməsinin əməkdaşları tərəfindən bölməyə aparılıb. Barəsində toplanmış materiallar aidiyyəti üzrə Nizami rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə sürücü 20 gün müddətində inzibati qaydada həbs olunub. Ona həmçinin karantin qaydalarını pozduğuna görə də protokol tərtib edilib.

 

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man