Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları qanunsuz olaraq taksi fəaliyyəti ilə, eyni zamanda Bakı-Sumqayıt istiqamətində sərnişin daşıyan mikroavtobuslara qarşı reyd keçirib. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bəzi sürücülər qanunsuz əməllərindən əl çəkmir.
Avtosfer.az xəbər verir ki, bu baradə Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsindən məlumat verilib.
Taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə hüquq və vəzifələri, eləcə də ümumi qanunvericiliyin tələbləri ilə bağlı izahat işləri aparılıb. Yoxlanış zamanı bəzi sürücülərin idarəetdiyi avtomobilin texniki cəhətdən nasaz olduğu, təhlükə yaratdığı, eyni zamanda heç bir dezinfeksiya tədbiridə həyata keçirmədiyi də məlum olub.
Digər müvafiq sənədlər olmadan taksi fəaliyyəti göstərən şəxslərə də rast gəlinib. Sürücülər barəsində adiyyatı üzrə tədbirlər görülüb. Qanunsuz sərnişin daşıyan avtobuslardan şərnişinlər avtovağzala aparılaraq, Bakıya yola salınıb.
Bildirək ki, bu kimi reydlər mütamadi olaraq davam etdiriləcək.
Azərbaycan Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı 4 avqustda keçirəcək. Cebhe.info xəbər verir ki, bu haqda Mərkəzi Bank məlumat yayıb. Məlumata görə blumberq platforması üzrə keçiriəcək hibrid hərracda Mərkəzi Bank 100 milyon manat vəsait cəlb edəcək. Hərracın müddəti 13 gün, faiz dərəcəsi isə 6.26-6.74 olacaq. Qeyd edək ki, tələb yüksək olarsa, cəlb olunacağı proqnozlaşdırılan vəsait 20 faiz civarında artırılır. Vilayət Muxtar Cebhe.info
Fidan
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man