Bakı şəhər sakini Elnur Talıbov özünəməxsus 99 VR 833 dövlət nömrə nişanlı, "KİA Optima" markalı avtomobil ilə karantin qaydalarını pozub. Avtosfer.az xəbər verir ki, yol polisi Neftçilər və Bülbül prospektinin kəsişməsində sürücüyə "saxla" işarəsi verib. Lakin sürücü yol polisinin qanuni tələbinə tabe olmayıb. Sürücü Rəşid Behbudov küçəsində avtomobili saxlayaraq qaçmaq istəyib. Yol polisi yoxlama zamanı sürücünün icazəsiz çölə çıxdığı bəlli olur. Bu zaman nalayiq ifadələr işlədən sürücü məsuliyyətdən yaxa qurtarmaq istəyir.
Sürücü barəsində toplanmış materiallar aidiyyatı üzrə Səbail rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə sürücü 10 gün inzibati qaydada həbs olunub.
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man