Bakıda dilindən arı sancan şəxsin xəstəxanaya çatdırılmasında yol polisi nümunəvi rol oynayıb. Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi səhifəsində video yayılıb. Vətəndaş bildirib ki, dostunun dilindən arı sancıb, vəziyyəti ağır olub.
“Yollar tıxac idi deyə ilk gördüyüm yol polisi əməkdaşına yaxınlaşıb kömək istədim. Sağolsunlar xəstəxanaya qədər bizi çatdırdılar. Hətta xəstəxanada da gözlədilər. Həkimin də dediyi kimi vaxtında çatdırmasaydıq vəziyyəti ağır ola bilərdi. Bir daha həmin 99 YP 370 dövlət nömrə nişanlı patrul avtomobilinin sürücüsü Tural Allahverdiyevə minnətdarlıq edirəm."
Orxan
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man