Azərbaycan polisindən daha bir humanist addım - FOTO

İctimai nəqliyyat 20 İyul 2020 | 12:14
OXUNUB: 1313

Talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən insanlar üçün qan ehtiyatının yaradılmasına dəstək məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan qanvermə aksiyası çərçivəsində növbəti təşəbbüs Daşkəsən rayonunda keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayon mərkəzi xəstəxanasında keçirilən qanvermə aksiyasına yerli idarə və təşkilatlarla yanaşı, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları da yüksək həvəslə və könüllü şəkildə qoşulublar. Aksiya iştirakçıları əvvəlcə həkim nəzarətindən keçirilib, daha sonra qan veriblər. Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

 

Elmin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man