Sosial şəbəkələrdə 10 HP 708 dövlət nömrə nişanlı, "VAZ 21011" markalı avtomobilin sürücüsünün müxtəlif vaxtlarda qayda pozuntuları və avtoxuliqanlıq hərəkətləri etdiyi videosu yayımlanıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a bildirilib ki, aparılan araşdırmalar nəticəsində avtomobilin sürücüsünün 1999-cu il təvəllüdlü Cəfərov Muxtar Sovet oğlu olduğu aşkarlanıb. Sürücü İdarəyə dəvət olunub və ona törətdiyi inzibati xətalar barəsində müvafiq videogörüntülər göstərilib.
Faktla bağlı toplanmış materiallar aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarına əsasən sürücü Muxtar Cəfərov 1 il sürücülük hüququndan məhrum edilməklə 15 gün müddətində inzibati qaydada həbs edilib. Videogörüntüləri təqdim edirik:
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man