Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində rayon ərazisinə giriş-çıxış məhdudlaşdırılıb, həmin ərazilərdə postlar qurulub. Eləcə də küçə və prospektlərdə polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən piyada marşrutları təyin olunaraq xidmət aparılır. Vətəndaşların sıx toplaşma ehtimalı olan ərazilərə xüsusi olaraq nəzarət edilir, sosial izolyasiya tələblərinin qorunması üçün sakinlərlə mütəmadi olaraq profilaktiki söhbətlər aparılır. Elan edilmiş rejim qaydalarını pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülür.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man