Bakıda karantin postları belə fəaliyyət göstərir - FOTO - VİDEO

İctimai nəqliyyat 04 İyul 2020 | 16:04
OXUNUB: 2093

Bakı şəhərində quraşdırılan karantin postları bəzi küçə və prospektlərində mövcuddur. Amma bu postlar əvvəlkindən fərqli olaraq mobil şəkildə fəaliyyət göstərir. Bir küçədə təxminən yarım saat ərzində xidmət aparılır, daha sonra həmin qrup başqa bir küçəyə keçir. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, vətəndaşlar heç də icazəsiz küçəyə çıxmaqla arxayın olmasınlar. "Bilsinlər ki, hansısa bir küçədə nəzarətsiz qalsalar da, digərində yoxlanılacaq. Həyata keçirilən yoxlamalar zamanı xeyli sayda sürücü və sərnişinlər aşkarlanıb ki, onların müvafiq icazəsi olmayıb. Odur ki, barələrində müvafiq inzibati tənbeh tədbiri görülüb. Ödəməyən cərimələri, axtarışda olan, saxlanılması barədə qərar olan şəxslər və avtomobillər də aşkar olunub."
Vaqif Əsədov bildirib ki, karantin tələbləri davam edir. "Bəzi kütləvi informasiya vasitələrinin yazdığı kimi postlar ləğv edilməyib. Sadəcə olaraq xidmət forması dəyişib. Bu həm reydlər, həm də mobil postlar şəklində həyata keçirilir. Həmçinin müvafiq texniki vasitələr də bu prosesdə istifadə olunur."
Şöbə rəisi vətəndaşlara müraciət də edib. Bildirilib ki, karantin tələblərinə ciddi riayət edilməlidir. Yol polisi prosesə tam nəzarət edir. Vətəndaşlar polislə həmrəylik nümayiş etdirsinlər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man