Polis postlarının götürülməsindən sui-istifadə edilməməlidir

İctimai nəqliyyat 02 İyul 2020 | 11:40
OXUNUB: 984

“Əhali narahat olmasın, əhaliyə qarşı hər hansı qanunsuz hərəkətə yol verilməyəcək”.

Bunu Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

O bildirib ki, qanunu pozanlarla bağlı tədbirlər qanun çərçivəsində həyata keçiriləcək: “Xahişimiz odur ki, hər kəs sərtləşdirilmiş karantin rejiminə ciddi riayət eləsin. Yəni, “sms icazə” almadan çölə çıxmasın, yaxud kimsə icazə portalında qeydə alınıbsa, ondan təyinatı üzrə istifadə eləsin. Polis postlarının götürülməsindən sui-istifadə hallarına yol verilməməlidir. Bu, hər kəsin ziyanına işləyə bilər. İnsanların təcrid olunması, təmasın azaldılması - bu, yalnız onların sağlamlığı ilə bağlıdır. Düşünürük ki, kimsə sağlamlığını təhlükə altında qoyub, sui-istifadə hallarına yol verməyəcək. Buna yol verən şəxslər aşkarlandıqda isə qanunun tələbinə uyğun olaraq barələrində müvafiq tədbirlər görüləcək”. (APA) 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man