Qax Rayon Polis Şöbəsi Dövlət Yol Polisi əməkdaşları sosial izolyasiya qaydalarına riayət edilməsi məqsədilə tədbirləri davam etdirir.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yol polisləri sərnişindaşıma ilə məşğul olan avtobus, taksi və digər nəqliyyat vasitələrində sürücü və sərnişinlərlə maariflədirici söhbətlər aparıb, onları karantin-sanitar rejim qaydalarına riayət etməyə çağırıblar.
Vətəndaşlarla söhbətlər zamanı tibbi maskadan istifadənin zəruri olduğu, əks halda barələrində qanunauyğun tədbirlərin görüləcəyi onların diqqətinə çatdırılıb.
Ancaq xəbərdarlıqlara baxmayaraq, tibbi maskadan istifadə etməyən və nəqliyyat vasitəsində şəffaf arakəsmə olmayan taksi sürücüləri barəsində inzibati qaydada tədbirlər görülüb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man