Bakı postlarından yüzlərlə avtomobil geri qaytarıldı - DYP-dən açıqlama

İctimai nəqliyyat 22 İyun 2020 | 10:41
OXUNUB: 942

“İyunun 21-də, saat 00:00-dan sonra Bakı istiqamətinə giriş və çıxış üçün hərəkət edən 900-dən çox avtomobil geri qaytarılıb”. Bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev oxu.az-a bildirib. Onun sözlərinə görə, postlarda yoxlama zamanı paytaxtdan rayonlara getmək istəyən 350 avtomobil geri qaytarılıb: “Eyni zamanda, rayondan Bakıya gələn 550 avtomobil də geri qaytarılıb”.

Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində karantin rejimi sərtləşdirilib. Sərt karantin rejimi 21 iyun, saat 00:00-dan 5 iyul, saat 06:00-dək davam edəcək.

K.Əliyev qeyd edib ki, sərt karantin rejiminin tələblərini pozduqları üçün İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə uyğun olaraq, 1 440 nəfər, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tələbini pozduğu üçün isə 132 nəfər inzibati məsuliyyətə cəlb edilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man