Bakıda ciddi karantin rejiminin ilk günündən REPORTAJ - FOTO - VİDEO

İctimai nəqliyyat 21 İyun 2020 | 21:14
OXUNUB: 2322

Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan olunmuş iki həftəlik ciddi karantin rejiminin ilk günüdür. Bununla bağlı paytaxtın bir sıra küçə və prospektlərində karantin postları qurulub. Avtosfer.az-ın əməkdaşları gün ərzində şəhərin müxtəlif ərazilərində müşahidələr aparıb. Ümumilikdə ciddi sıxlıq müşahidə olunmasa da,  günün pik saatlarında bəzi postlarda intensiv hərəkət olub. Yol polisləri ilə yanaşı Post Patrul Xidməti Alayının əməkdaşları, o cümlədən Daxili Qoşunların şəxsi heyəti postlarda xidmətə cəlb olunub. Sürücülər yoxlanılaraq postlardan buraxılıb. İcazəsi olmayanlar barəsində isə qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görülüb. Avtosfer.az-ın əməkdaşı ilə söhbətində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarına əsasən  yol polisi Bakı şəhər ərazisində bütün küçə və prospektləri tam nəzarətə götürülməklə gücləndirilmiş iş rejminli xidmətə start verilib. Onun sözlərinə görə bu günə karantin rejimi tələblərini pozanlardan yüzə yaxın şəxs inzibati qaydada məsuliyyətə cəlb edilib. "Onlar arasında sürücülərlə yanaşı  sərnişinlər də var."

Vaqif Əsədov bildirib ki,  bəzi sürücülər tərəfindən aqressivlik müşahidə edilir. "Bu da müəyyən narahatçılıqlar yaradır. Ona görə də avtomobil idarə edən sürücülərə, eyni zamanda avtomobildə gedən sərnişinlərə və bütövlükdə hərəkətlə bağlı icazəsi olan şəxslərə müraciət edərək bildiririk ki, təmkinli olsunlar. Bilirsiniz ki, 5 iyula qədər paytaxt ərazisində yoxlama buraxma statsionar postları yaradılıb və bu postlar hərəkətlə bağlı sənədləri yoxlayır. İnzibati tənbeh tədbirləri həyata keçirir. Məhz bu məntəqələrdə süni sıxlığın yaranmaması üçün hərəkət iştirakçılarından sürücü və sərnişinlərdən xahişimiz odur ki, hərəkətlə bağlı icazə sənədlərini əllərində hazır saxlasınlar. Yoxlayıcıya yaxınlaşdıqda şəxsiyyət vəsiqəsi və icazə ilə bağlı sənədi elə tutsunlar ki,  oxuna bilsin. Beləliklə , vaxt itkisi olmaz və bu yoxlama buraxma məntəqələrində süni sıxlıq yaranmaz, digər sürücülər də narahat olmaz." 


Vaqif Əsədov bir daha sürücülərə müraciət edərək qaydalara əməl etməyə və sürücü-yol polisi münasibətlərini yüksək səviyyədə saxlamağı tövsiyə edib.

Elmeddin Muradlı

Orxan Əli

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man