Yol polisi torpaq yollarda xidmətə başladı: sürücülər geri qaytarılır - FOTO - VİDEO

İctimai nəqliyyat 20 İyun 2020 | 11:17
OXUNUB: 1932

Ötən həftə Quba istiqamətdə sürücülərin  torpaq yolla keçməyə cəhd göstərməsinə qarşı tədbirlər həyata keçirilib. Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, Bakı- Quba yolunun 52-ci km-də qurulmuş postun ətrafındakı 14 km əraziyə şöbənin əməkdaşları nəzərət edir.  Sürücülərin sui-istifadə hallarına yol verməməsi torpaq yollarda da işlər aparılıb. Xüsusi texnika vasitəsilə yollar keçilməz vəziyyətə gətirilib. Eyni zamanda nəzərət daha da gücləndirilib. 
Yol polisi vətəndaşlara müraciət edərək bildirir ki, verilən tövsiyyələr və qərarlara ciddi şəkildə əməl etsinlər. Eyni zamanda icazəsi olan şəxslərə hər hansı məhdudiyyət yoxdur. Amma icazə olmadan postlardan keçməyə cəhd edənlərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görüləcək.
Hazırda torpaq yolla keçməyə cəhd edən sürücülər geri qaytarılır.Lakin karantin qaydalarını pozanlar birmənalı şəkildə yol polisi tərəfindən cərimə olunacaq. Avtosfer.az ərazidən çəkilmiş videogörüntüləri təqdim edir:

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man