Bu gecə Bakıda və bir sıra ərazilərdə postlar qurulacaq - DYP

İctimai nəqliyyat 20 İyun 2020 | 10:23
OXUNUB: 1062

“Paytaxt ərazisində daha əvvəl sərtləşdirilmiş karantin rejimində xidmət necə təşkil edilmişdisə, yenə də o formada davam etdiriləcək”.

Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev deyib.

Onun sözlərinə görə, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərində və Abşeron rayonunda həm postlar qurulacaq, həm də polis naryadları gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək:

“Daha əvvəl paytaxt və digər ərazilərdə icaze.e-gov.az portalında hərəkətlə bağlı qərar ləğv olunandan sonra postlar da götürüldü. Amma 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək postlar da olacaq, polis naryadları da nəzərət edəcək”.

Qeyd edək ki Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərində və Abşeron rayonu ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar qəbul edilib.

Qərara əsasən, sərt karantin rejimi 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək davam edəcək

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man