"Hazırda Bakı, Sumqayıt və Abşerondan rayon istiqamətinə gedən şəxslərin sayı artıb. Həmin şəxslərin diqqətinə çatdırırıq ki, Bakı, Sumqayıt, Abşeron, Lənkəran və Gəncə şəhərlərinin giriş-çıxışına tətbiq edilən məhdudiyyət hələ də qüvvəsindədir". Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.
Onun sözlərinə görə, sürücülər ayın 21-dən etibarən karantin rejiminin sərtləşməsini nəzərə alaraq rayon istiqamətinə getməsinlər: "Onsuz da bu adamlar karantin postundan buraxılmayacaqlar. Rayon istiqamətinə gedən yalnız xüsusi ezamiyə sənədi olan şəxslər, DİN-nin 102-i xidmətindən yaxın qohumunun dəfn mərasimində iştirakı üçün icazə alan, müvafiq arayış əsasında dövrü müalicəyə göndərişi olan şəxslər postlardan buraxılacaq. İcazəsi olan şəxslərin yalnız özləri postlardan keçə bilər. Daha ailə üzvləri və qohumları buraxılmayacaq. Ümumumiyətlə icazəsi olmayan heç bir şəxs inzibati ərazilərdən nə o yana, nə də bu yana buraxılmayacaq. Bu səbəbdən həmin şəxslər yol gedib postlarda sıxlıq yaratmasınlar".
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man