Rusiyanın Kirov əyalətində minik avtomobilinin və mikroavtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, qəza iyunun 15-də səhər saatlarında “Kirov – Malmıj – Vyatsk Polyanı” avtomagistralının 128-ci kilometrliyində, Nolinsk rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Bu barədə “TASS” agentliyi məlumat yayıb.
Məlumata görə, “VAZ-2115” markalı minik avtomobili, “Volkswagen Caravelle” markalı mikroavtobusla toqquşub.
Hadisə nəticəsində “VAZ”ın sürücüsü ilə sərnişini və “Volkswagen”də olan 3 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar, hadisə yerinə gələn təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Qəzanın baş vermə səbəbləri araşdırılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man